Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru ADMİU-da olub

 

Böyütmək üçün şəkili seçinNovosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru, professor  Pustovetov Gennadiy İvanoviç və  akademiyanın prorektoru, kulturologiya doktoru Baqrova Natalya Viktorovna Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva qonaqlarla  görüşərək, onları Universitetlə yaxından tanış edib. 90 illik tarixə, peşəkar mütəxəssislər yetişdirməkdə böyük təcrübəyə  malik bu təhsil ocağı ilə tanışlıq qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki,  Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası 25 illik yübileyini qeyd etməyə hazırlaşır. Universitetə rektorun gəlişinin əsas məqsədi təhsil, tədris metodologiyası, müxtəlif fənlərin iş planları ilə yaxından tanış olmaq, fikir, təcrübə mübadiləsi aparmaq,  gələcəkdə ADMİU  ilə birgə əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etmək idi.  Səmimi keçən görüşdə   rektor rəhbərlik etdiyi akademiya  haqqında ətraflı  məlumat verib və gələcəkdə ADMİU ilə qurulacaq hər cür əməkdaşlığa şad olacağını bildirib.

Rektor Fərəh Əliyeva sonda qonaqlara Azərbaycan və ingilis dillərində dərc edilmiş Azərbaycan təsviri sənət ustalarına həsr olunan  "Sərvət" albomlarını da hədiyyə edib.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov