Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub

 

Böyütmək üçün şəkili seçinOktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması və yenilərinin tikilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu prosesdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun təhsillə bağlı layihələrində məktəbəqədər müəssisələrin yenidən qurulmasına, yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı regionlarda da xeyli iş görülüb. Bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurlar əldə edilib. Bu layihələrdən əsas məqsəd son illərədək bir çox problemləri mövcud olan məktəbəqədər təhsildəki bütün çatışmazlıqların aradan qaldırılması idi. Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində artıq bu məqsədə nail olunub. Eyni zamanda, Heydər Əliyev Fondu bu sahədə hələ də mövcud olan problemlərin aradan qaldırılması üçün yeni bir layihəyə start verib. "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı ictimaiyyətə təqdim edilib.

Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular. Məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Burada da uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov