Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri görülür

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, qış mövsümünün gəlişi ilə əlaqədar paytaxtın təhsil müəssisələrində bir sıra hazırlıq işləri görülür.  Belə ki, 2014-2015-ci tədris ilində şagirdlərin sağlamlığının qorunması məqsədilə təhsil müəssisələrində mövcud olan problemlər araşdırılır, onların aradan qaldırılması yolları müəyyənləşdirilir. Nəticədə istilik xətləri düzgün çəkilməyən, havalandırma sistemi düzgün quraşdırılmayan, o cümlədən qaz sayğacları ilə bağlı bəzi nöqsanların mövcud olduğu müəssisələrdə həmin problemlərin mövsüm başlayanadək həll olunması nəzərdə tutulub. Qış mövsümünə hazırlıq məqsədilə istilik, enerji və qaz təchizatı, ventilyasiya sisteminin sazlanması, isti və soyuq su ilə təmin edilmə, eyni zamanda yanğın, qəza və zədələnmələrin qarşısının alınması, şagirdlərin və işçilərin sağlamlığının qorunması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, cari tədris ilində paytaxtın 42 məktəbi əsaslı təmir edilib və qazanxanaları yenilənib. 12 məktəbdə əlavə tədris korpusu tikilərək istifadəyə verilib. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov