Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Təhsil müəssisəsində bayram tədbiri keçirilib

 

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir  Dövlət himninin səsləndirilməsi ilə  başlayıb. İştirakçılara tədbirlə bağlı  slayd təqdim olunub. Sonra tədbiri açıq elan edən AMİ-nin Qazax filialının direktoru  Afaq Qasımova ölkəmizin müstəqillik illərində qazandığı uğurlardan, nailiyyətlərdən söhbət açıb. Tədbirdə riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi, TGT-nın sədri Sənəm Namazova, riyaziyyat və informatika müəllimliyi ixtisasının I kurs tələbəsi Ürfət Ağayeva , Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Əminə Eminova  çıxış ediblər.

Dövlət Müstəqilliyi Gününə aid tələbələr arasında keçirilmiş şahmat turnirinin qaliblərinə diplom və qiymətli hədiyyələr verilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov