Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Qalib komandalar mükafatlandırılıblar

 

Oktyabrın 17-də Xırdalan şəhərindəki  Heydər Əliyev Mərkəzində yeniyetmələr arasında "Xəmsə" milli intellektual oyunu üzrə Azərbaycan çempionatının rayon mərhələsi keçirilib. Abşeron Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, Gənclərin İntellektual İnkişaf Mərkəzinin və Abşeron Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışın əsas məqsədi  yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili  istiqamətində yeni üsullar tətbiq etməkdir.  Bu mərhələdə 17 yaşa qədər yeniyetmələrdən ibarət 16 komandadan ümumilikdə 80 nəfər bilik və bacarıqlarını sınayıb. 

Yarışmada rayonun 9 nömrəli tam orta məktəbinin "Pənc Gənc" komandası I, Ceyranbatan 1 nömrəli tam orta məktəbin "Uğur Gənc" komandası II yeri tutaraq ölkə çempionatının zona mərhələsinə vəsiqə qazanıblar. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov