Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Qərb Universitetində beynəlxalq elmi konfrans keçirilib

 

Böyütmək üçün şəkili seçinOktyabrın 30-da Qərb Universitetində "Ədəbiyyat incəsənət növlərinin qarşılıqlı kontekstində" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Qərb Universitetinin rektoru, professor Zenfira Məmmədova konfrans barədə məlumat verib.

Qeyd edilib ki, bu elmi konfrans ədəbiyyat, musiqi və digər incəsənət növlərinin qarşılıqlı əlaqəsi sahəsində fənlərarası tədqiqatlara həsr olunmuş ilk konfransdır. Ölkəmizdə ədəbiyyata, musiqiyə və incəsənətə həmişə diqqət və qayğı olub. Konfransın mövzusu uzun zamandan bəri öyrənilir və tədqiq olunur.

Bildirildi ki, bu mövzu gələcəkdə bakalavr və magistr səviyyələrində elmi seminarlar və konfranslar kimi davam etdiriləcək. Hazırda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bütün dünya səviyyəsində mədəniyyətimiz təbliğ edilir.

Sonra Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova çıxış edərək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Şöbə müdiri vurğuladı ki, bu konfrans təhsil nazirinin dəstəyi ilə ilk dəfədir keçirilir. Konfrans çərçivəsində digər ölkələrdən gələn nümayəndələrlə birlikdə ədəbiyyat və musiqinin qarşılıqlı problemləri öyrəniləcək.

Konfrans öz işini yerli və xarici professorların çıxışı və müxtəlif musiqi nömrələri ilə davam etdirib.

Qeyd edək ki, beynəlxalq elmi konfransda Azərbaycanın elm xadimləri ilə yanaşı, B.N.Yeltsin adına Ural Federal Universiteti, Tokio Universiteti, Toronto Universitetini təmsil edən Yaponiya, Rusiya, ABŞ, Kanada və İrandan olan tədqiqatçılar- filoloqlar, musiqişünaslar, mədəniyyətşünaslar iştirak ediblər. 

Rüfanə GÜNƏŞ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov