Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Bakı Dövlət Universitetində pulsuz ingilis dili kurslarına start verilib

 

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə pulsuz ingilis dili conversationlarına start verilib. Oktyabrın 25-də layihənin açılışı və ilk ingilis dili conversationu baş tutub.

BDU-nun tələbələri üçün nəzərdə tutulan bu layihənin məqsədi ingilis dilini təkmilləşdirmək istəyən, lakin müəyyən səbəblərdən bunu edə bilməyən tələbələrə universitet divarlarını tərk etmədən imkan yaratmaq və dəstək olmaqdır. BDU THİK sədr müavini İlkin Şərifov tədbiri və layihəni açıq elan etdikdən sonra "Jalal-i" tədris mərkəzinin müəllimləri 70 nəfər gənclə birlikdə ilk conversationu keçiriblər.

Qeyd olunur ki, gələcəkdə rus və digər dillər üzrə conversation və dərslərin keçirilməsi planlaşdırılır. 

Rəşid MUSTAFAZADƏ,
BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov