Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

 

Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər.

Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər layihə və proqramlarda birgə iştirak və s. məsələlər də sənəddə yer alıb.

Hər iki ali məktəbin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar professor Aqiyə Naxçıvanlı və professor Əhməd Saniç  memorandumun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildirərək gələcək işlərdə uğurlar arzulayıblar.

Onu da qeyd etmək lazımdır ki, ilk təşəbbüs kimi, AMİ-də ixtisasartırma təhsilində olan ali məktəblərin professor-müəllim heyətinin Qafqaz Universitetində təşkili qərara alınaraq oktyabrın 28 - də 60 nəfər dinləyici, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil ilə məşğul olan bir qrup əməkdaşı Qafqaz Universitetində olublar.

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov