Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"British Council"in Azərbaycan üzrə rəhbəri ADMİU-da olub

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva "British Council"in  Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt ilə görüşüb.  Görüşdə bir sıra layihələr müzakirə olunub, maraqlı təkliflər irəli sürülüb.  Muzeyşünaslıq, teatr, aktyor sənəti ilə bağlı məsələlər barədə danışılıb. Təklif olunub ki, Böyük Britaniyada fəaliyyət göstərən muzeylər, onların işi, mütəxəssislərlə universitet arasında sıx əlaqə yaradılsın, təkmilləşmə, yeniləşmə, müasirləşmə məqsədi ilə  treninqlər, mühazirələr, "ustad dərsləri" keçirilsin. Bu məsələlər yalnız muzey işi ilə deyil, teatr, aktyor sənəti ilə bağlı da müzakirə olunub. Böyük Britaniyadan rejissorların, teatr mütəxəssislərinin dəvət olunması, onların müəllim və tələbələrlə yeni metodika, yeni baxış və s. üzrə işi, "ustad dərsləri"nin keçirilməsi, birgə tamaşaların, myuzikllərin qoyulması nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov