Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Youtube video portalında çətinliklə üzləşəndə necə şikayət edilməli?

 

Hazırda dünyanın ən məşhur video portalı Youtube hesab olunur. Lakin  Youtube-da bəzən sizin hüquqlarınızı pozan və ya əxlaq normalarına zidd olan  video məzmunlar yerləşdirilir. Bu cür xoşagəlməz videoların tez zamanda  Youtube-dan silinməsi üçün "şikayət et" bölməsindən həmin videonu sayt  administrasiyasına məlumat verə bilərsiniz. Şikayət səbəbinizi əsaslandıraraq bu  yolla tez zamanda həmin videonun sayt administrasiyası tərəfindən silinməsini  təmin edə bilərsiniz. Aşağıda qeyd olunmuş təlimatlara əsasən Youtube saytında  yerləşdirilən video məzmunları silə bilərsiniz:

1. İlk olaraq öz Google hesabınızla Youtube-a daxil olun

 2. Şikayət etmək istədiyiniz videonu Youtube-da tapın

3. Həmin video məzmunun aşağı sağ tərəfində olan bayraq formasında olan  işarəyə klik edin

 4. Bundan sonra açılmış sorğu pəncərəsində şikayət etmənizə dair səbəblər  görünəcək

 

5. Səbəbi seçdikdən sonra açılmış yeni sorğu pəncərəsində yenidən şikayət  səbəbinizi dəqiqləşdirirsiniz.

6. Əgər istəsəniz, sorğunun sağ tərəfində öz fikirlərinizi də qeyd edə və şikayət etmə səbəbinizi daha da əsaslandıra bilərsiniz.

7. Bütün bunları etdikdən sonra sorğunu göndər əmrinə klik etməlisiniz. 

Şikayətə Youtube administrasiyası tərəfindən baxıldıqdan sonra sizə bu  barədə Google hesabınıza hansı tədbirin görüldüyü barədə məlumat göndəriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov