Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Bakı şəhər məktəblilərinin XXVI spartakiadasına yekun vuruldu

 

Oktyabrın 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin konfrans zalında Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının bağlanış və XXVII spartakiadasının açılış mərasimi keçirilib. 

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar iş şöbəsinin müdir müavini  Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, paytaxtın rayon gənclər və idman idarələrinin rəisləri, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd edib  ki, Nərimanov rayonunda dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakiminin müavini Salman Əbdülov 2013-2014-cü tədris ili müddətində keçirilmiş Bakı şəhər məktəblilərinin  XXVI spartakiadasının yekunları haqqında məlumat verib. Bildirib ki, spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, qızlar və oğlanlar arasında voleybol, basketbol, dördnövçülük, mini-futbol, güllə atıcılığı və "Cırtdan" növləri üzrə yarışlarda Nərimanov rayonu  I, Nizami rayonu II, Qaradağ rayonu  III,  Xətai rayonu  IV yeri, Suraxanı rayonu  V, Səbail rayonu VI, Xəzər rayonu  VII, Sabunçu rayonu VIII, Binəqədi rayonu  IX, Yasamal rayonu  X və Nəsimi rayonu isə   XI yerləri tutublar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar iş şöbəsinin müdir müavini Vasif Məmmədov XXVI spartakiadanın yekun nəticələrinə əsasən qalib gələn Nərimanov Rayon Gənclər və İdman İdarəsini təbrik edib, idmanın inkişaf etdirilməsi və kütləviləşdirilməsində bu tipli yarışların keçirilməsinin böyük rol oynadığını, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, çoxsaylı müasir olimpiya komplekslərinin və digər qurğuların tikilib istifadəyə verilməsini vurğulayıblar.

Tədbirin sonunda XXVI spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda qalib gəlmiş məktəblərin müəllimləri fəxri diplomlarla, həmçinin yekun nəticəyə əsasən Qaradağ Rayon Gənclər və İdman İdarəsi III yer, Nizami Rayon Gənclər və İdman İdarəsi II yer və Nərimanov Rayon Gənclər və İdman İdarəsi isə I yeri tutaraq  müvafiq dərəcəli diplom və kuboklarla mükafatlandırılıblar. 

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov