Fransa Respublikası Milli Assambleyasının (Parlamentin
aşağı palatası) üzvü, Fransada Azərbaycan Dostları
Assosiasiyasının sədri Jan Fransua Manselin başçılıq
etdiyi nümayəndə heyəti Bakı Fransız Liseyi təhsil
kompleksində olub.
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz
Qocayevin müşayiət etdiyi qonaqlar kompleksin tərkibinə
daxil olan uşaq bağçası, ibtidai məktəb, kollec,
yeməkxana korpusları və tədris prosesinin təşkili ilə
tanış olublar. Fransalı nümayəndələr liseyin
təlim-tədris prosesinin təşkilindən və təhsil ocağında
yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Jan Fransua Mansel Fransa-Azərbaycan əməkdaşlığının
məhsulu olan belə yüksək səviyyəli məktəbə görə
Azərbaycan hökumətinə minnətdarlığını bildirib, liseyin
pedaqoji kollektivinə və şagirdlərə müvəffəqiyyətlər
arzulayıb. |