Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Təhsil Problemləri İnstitutunda anlaşma memorandumu imzalanıb

 

Oktyabrı 31-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu ilə  Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin "Bobek" Milli elmi-praktiki təhsil və sağlamlıq mərkəzi" arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Anlaşma Memorandumunda hər iki müəssisənin fəaliyyətdə olan Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında təhsil və elm sahəsində mövcud əməkdaşlıq çərçivəsində alimlər, müəllimlər, şagirdlər və tələbələr arasında əməkdaşlığı gücləndirmək, mənəvi və əxlaqi təhsil sahəsində sosial proqramlar və  müasir təhsilin problemlərinə həsr olunmuş layihələr həyata keçirmək nəzərdə tutulub. Təhsil Problemləri İnstitutu ilə birgə əməkdaşlıq haqqında Memorandumda uşaq və gənclərin şəxsiyyətyönümlü və intellektual inkişafına xidmət edən, təhsildə mənəvi-əxlaqi dəyərlərə əsaslanan vahid səmərəli sistemin  yaradılması məqsədilə birgə tədqiqatların, sosial proqram və layihələrın həyata keçirilməsi, təhsildə  mənəvi-əxlaqi keyfiyyətlərin yaxşılaşdırılmasına yönəlmiş birgə seminarların təşkili və s. məsələlər öz əksini tapmışdır.

Eyni zamanda hər iki müəssisə arasında videokonfrans və forumların, "dəyirmi masa" və görüşlərin keçirilməsi, pedaqoji kadr hazırlığı, sosial-pedaqoji fəaliyyət, mənəvi-əxlaqi təhsil sisteminə informasiya texnologiyalarının tətbiqi, ən yaxşı müəllimlərin təcrübə mübadiləsi,  mənəvi və əxlaqi təhsil ilə məşğul olan alim və mütəxəssislər üçün stajkeçmə və təkmilləşmə kurslarının təşkili, mənəvi və əxlaqi təhsil sahəsində vaxtaşırı nəşr olunan pedaqoji ədəbiyyatın, eləcə də elmi-metodiki vəsait və təlim-tədris materiallarının mübadiləsivə s. məsələlər də sənəddə yer alıb.

Məlumat üçün bildiririk ki,  Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin ""Bobek" Milli elmi-praktiki təhsil və sağlamlıq mərkəzi" 1995-ci ildə Qazaxıstanın birinci xanımı Sara Nazarbayevanın təşəbbüsü və təklifi ilə fəaliyyətə başlayıb. Məhz bu ideyadan irəli gələrək 1997-ci ildən Almatı şəhərində Qazaxıstanın bütün regionlarını əhatə edən və zəif uşaqların sağlamlığının möhkəmləndirilməsi üçün  ilk  "respublika uşaq sağlamlıq və reabilitasiya mərkəzi" açılmışdı. 2002-ci ildə isə bu mərkəz Qazaxıstanın  Elm və Təhsil Nazirliyinin İnsanın Harmonik İnkişafı İnstitutu ilə birləşdi. Qazaxıstan Respublikası hökumətinin 2004-cü ildə müvafiq qərarı ilə bu təsisat  "Bobek" Milli elmi-praktiki təhsil və sağlamlıq mərkəzi" adlı mərkəzə çevrilmişdir.  

Beynəlxalq Əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov