İspaniyanın Barselona şəhərində PACT TEMPUS layihəsinin
3-cü İdarəetmə görüşü keçirilib.
Xəzər Universitetindən AzərTAc-a bildirilib ki, bu ali
təhsil ocağının təhsil fakültəsinin dekanı Elza Səmədova
və İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva həmin
görüşdə iştirak ediblər.
Tədbirdə R.İsayeva Xəzər Universitetinin rəhbərlik
etdiyi təlimin həyata keçirilməsini əhatə edən
"Kompanent 5"in əsas ideya və mövzusu ilə bağlı məruzə
edib.
Qeyd edək ki, layihənin əlaqələndiricisi Gürcüstanın
David Tvildiani adına Tibb Universitetidir. |