Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

"Zamanın idarə olunması və müvəffəqiyyətli karyera" mövzusunda təlim

 

 Bakı Dövlət Universitetinin akt zalında Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə  "Zamanın idarə olunması və müvəffəqiyyətli karyera" mövzusunda təlim keçirilib.

BDU THİK sədr müavini İlkin Şərifov  çıxış edərək bildirib ki, təhsil müddətini səmərəli şəkildə keçirmək və həyata atıldıqdan sonra uğurlu və müvəffəqiyyətli karyeraya sahib olmaq hər bir gəncin istəyidir. Tədbirin əsas amalı uğur əldə etməyin yolunda nələrə diqqət etməli, hansı prinsiplərə söykənməli olduğumuzu öyrənməkdir.

Daha sonra isə təlimçi Fəxri Ağayev tələbələri salamlayaraq təlimə başlayıb. İlk olaraq uğurlu karyera haqqında məlumat verən F.Ağayev daha sonra tələbələrə vaxtdan necə səmərəli istifadə olunması və günün necə düzgün planlaşdırılması haqqında məlumat verib.

Təlim müdətində Azərbaycanda müvəffəqiyyətli olmaq, həyatımız və balans, zaman və zamanın idarə olunması, şans və bəxt, uğurumuz üçün nə etməli kimi məsələlərə toxunulub.

Təlimin sonunda təlimçi tələbələri maraqlandıran bir çox sualları cavablandırıb. 

Rəşid MUSTAFAZADƏ,
BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov