Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Sumqayıt Dövlət Universitetində tələbə və məzunlar üçün karyera forumu keçirilib

 

 Sumqayıt   Dövlət Universitetində  neft və qaz sənayesi  ixtisasları üzrə təhsil alan tələbə və məzunlar üçün bp şirkətinin təşkilatçılığı ilə "Nəyi kəşf edəcəksiniz?" karyera forumu keçirilib. Məqsəd neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsidir.

Tədbiri SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov açaraq bildirib ki, bu forum bp şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və şirkətin nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır. Qeyd olunub ki, tələbələr bp şirkətinin nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planlarını müzakirə edə biləcəklər. Onlar həmçinin şirkətin Azərbaycanda və regionda 20 il ərzində dənizdə və quruda həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaqlar.

Sonra bp şirkətinin tələbə və məzunların işə qəbulu üzrə proqram mütəxəssisi Dilarə Mustafayeva  yay təcrübəsi proqramı haqqında tələbə və məzunlara ətraflı məlumat verib.  Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru Həlimə Mahmudova  isə bu proqramlara onlayn müraciət formasını tələbələrə izah edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov