Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Qazax rayonunun 18 məktəbi internet şəbəkəsinə qoşulub

 

Qazax Rayon Təhsil Şöbəsindən verilən məlumatda  qeyd olunur ki, təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda hər 23 şagirdə bir kompüter düşür. Rayonun 18 məktəbi internet şəbəkəsinə qoşulub.

V-VII siniflərdə dərs deyən 176 müəllim təlim kurslarından keçib. 2  müəllim "Öyrədənin öyrədəni" kursunun hər 3 mərhələsini başa çatdıraraq sertifikat alıb.

Respublika rəsm müsabiqəsində rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərindən Jalə Yusifova, Sərxan Xanbabayev, Nərgiz Carçıyeva və Həbibə Məmmədlinin əl işləri seçilərək 100 ən yaxşı rəsm kataloquna daxil edilib.

2014-2015-ci tədris ilinə aid fəaliyyət planına uyğun olaraq  rayon təhsil şöbəsində məktəb direktorları və direktor müavinləri iIə  təhsilin keyfiyyətinin artırılması, tədrisin vəziyyəti, müəllimlərin qarşılaşdığı problemlər və onların aradan qaldırılması yolları haqqında maarifləndirici seminarlar keçirilib. Yeni dərs ilinin noyabr-may aylarında XI sinif  şagirdlərinə Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisini nəzərdə tutan fəaliyyət planı hazırlanıb.

20 oktyabr-20 noyabr 2014-cü il tarixlərdə keçirilən "Uşaq hüquqları aylığı" ilə əlaqədar fəaliyyət planına uyğun olaraq müvafiq işlər aparılır. Həmçinin Ümumdünya Poçt İttifaqının tövsiyəsi ilə Azərbaycan Respublikası  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC-nin ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsinin keçirilməsi ilə əlaqədar ümumtəhsil məktəbləri məlumatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov