Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Qaxlı şagirdlər paytaxt məktəbində olublar

 

Qax Rayon  Təhsil Şöbəsindən verilən  məlumatda  bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.

Qax Rayon  Təhsil Şöbəsindən verilən  məlumatda  bildirilir ki,  rayondakı 2 nömrəli  şəhər məktəb-liseyin şagirdləri   Bakıdakı  158 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Qax məktəblilərini paytaxtda Bilik Fondunun xüsusi geyimlərində olan yaşıdları qarşılayıb. 158 nömrəli məktəblə tanışlıqdan sonra məktəblilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra şagirdlər Bakının görməli yerlərini gəzib, muzeylərdə olub, qədim şəhərin tarixi barədə geniş bilgilər əldə ediblər. Qaxlı məktəblilər bu layihədə iştiraklarından razı qaldıqlarını bildiriblər. Məktəblər arasında "Qardaşlaşma sazişi" imzalanıb. Qaxlılar Bakı məktəblilərini qonaq dəvət ediblər.

Layihə çərçivəsində məktəblilər Bilik Fondunda da olublar. Fondla geniş tanışlıqdan sonra komandalar arasında bilik yarışması keçirilib.  Qaliblərlə yanaşı, bütün iştirakçılar da mükafatlandırılıb. Məktəblilərə kuboklar, sertifikatlar, təşəkkürnamələr, kitablar və qiymətli hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov