Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Yevlaxda müəllimlər təlimlərdən keçirlər

 

Yevlax  Rayon Təhsil Şöbəsindən bildirirlər ki,  2014-2015-ci tədris ili üçün  183 adda, 63.837 nüsxə  dərslik alınıb ki,  onların 95 adda 60.896 nüsxəsi Azərbaycan, 88 adda 2941 nüsxəsi isə rus bölməsi üçün nəzərdə tutulub. Bununla yanaşı, 147 adda 4116 nüsxə bədii ədəbiyyat və 184 nüsxə lüğətlər alınıb. Həmin vəsaitlər kontingentə uyğun olaraq məktəblər arasında paylanıb. Yeni dərs ilində V-VII siniflərdə dərs aparan, kurikulum təlimlərimdən keçməyən  kimya, riyaziyyat, fizika, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 163 müəllim 60 saatlıq  proqram əsasında 10 günlük təlimlərə cəlb edilib. Rayon üzrə vaxtından əvvəl I sinfə qəbul üçün 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan  235 şagirdin valideyni ərizə ilə müraciət edib ki, onlardan 160 nəfəri artıq I sinfə qəbul edilib.      

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov