Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Təhsil naziri Fransada səfərdə olub

 

Böyütmək üçün şəkili seçinSəfər çərçivəsində nazir bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri xanım Najat Vallo-Belkasemin dəvəti ilə 12-13 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərinə işçi səfər edib.

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı xanım Najat Vallo-Belkasem ilə görüşərək Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin təşviq olunması yolları, ikili diplom proqramlarının təşkili imkanları və digər qarşılıqlı maraq doğuran məsələlərı müzakirə edib.

Təhsil naziri Mikayıl Cabbarov həmçinin Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Fabien Penon, ali təhsil və tədqiqatlar üzrə müşaviri Vənsan Berje və Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşlər keçirərək ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb.

Nazir 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının həyata keçirildiyi Şərq Dilləri və Sivilizasiyaları Milli institutunu ziyarət edərək institutun prezidenti xanım Manuel Frank və Azərbaycan dili proqramının iştirakçıları olan müəllim və tələbələrlə görüşüb.Böyütmək üçün şəkili seçin

Bununla yanaşı, təhsil naziri Azərbaycan Mədəniyyət Mərkəzində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Fransada təhsil alan tələbələrlə görüşərək onların təhsili və üzləşdikləri problemlərlə maraqlanıb, Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat verib və tələbələrin məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələrə dair fikirlərini bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov