Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Azərbaycan Dillər Universitetində təqdimat

 

Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələrini qəbul edib. Rektor universitetin beynəlxalq əlaqələrindən danışaraq ADU-nun Avropa universitetləri ilə əlaqələrindən və layihələrdə iştirakından söz açıb. ADU-nun TEMPUS proqramı üzrə iki dəfə layihənin koordinatoru olduğunu vurğulayan rektor universitetlərarası əlaqələrin yaradılmasının vacibliyini  və bu sahədə TEMPUS-un əhəmiyyətini  qeyd edib.

Nümayəndələr təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat veriblər. Onlar ADU-da tələbələrin müxtəlif dillərdə yüksək səviyyəli danışıq qabiliyyətinin şahidi olduqlarını məmnunluqla bildiriblər.

Görüşdən sonra Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələri tərəfindən tələbələrə təqdimat keçirilib. İspaniyanın Sevilya Universitetinin professoru, Ember proqramı üzrə koordinator Rafael Vaqner, həmin universitetin Ember proqramı üzrə təmsilçisi Juan Pablo Lopez Moreno və professoru Javier Padillo, Yunanıstanın Afina Universitetinin professoru, Hermes proqramı üzrə koordinatoru Amalia Moser, Gürcüstanın Tbilisi Dövlət Universitetinin Ember və Hermes proqramları üzrə koordinatoru Tea Gergedava və professoru Nino Chikhladze, Almaniyanın Viadrina Universitetinin Ember və Hermes proqramları üzrə tərəfdaşı Carsten Grunvaldt, Bolqarıstanın Sofiya Universitetinin Hermes proqramı üzrə tərəfdaşı Qalina Sokolova təqdimatla çıxış edərək Erasmus Mundus layihəsinin tarixi, bu layihədə yer alan Hermes və Ember proqramları haqqında geniş məlumat veriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov