Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Astara məktəbliləri Bakıdakı 53 nömrəli məktəbin qonağı olublar

 

Böyütmək üçün şəkili seçinNoyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində növbəti saziş  Bakıdakı 53 nömrəli tam orta məktəblə Astara rayonu 6 nömrəli  tam orta məktəb arasında imzalanıb. Fondun informasiya təminatı sektorundan verilən məlumata görə, Bakı məktəbliləri astaralı qonaqları Dövlət Bayrağı Meydanında qarşılayıblar. Muzeylə tanışlıqdan sonra şagirdlər 53 nömrəli tam  orta məktəbdə olublar. Məktəbin direktoru Firəngiz Həsənova təhsil ocağı barədə qonaqları məlumatlandırıb. 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, fondun əməkdaşları, Yasamal RİH-in nümayəndəsi Vaqif Məmmədli və rayonun 11 məktəbinin direktorlarının  iştirak etdiyi tədbirdə Bilik Fondunun yaranma zərurəti, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. O.Səmədov bu günədək  26 məktəbin qardaşlaşdığını vurğulayıb.

Astara rayonu 6 nömrəli tam orta məktəbin direktor müavini Xuraman Məmmədova, tarix müəllimi Teymur Hüseynov, Uşaq Birliyinin rəhbəri Faidə Abdullayeva təmsil etdikləri bölgə haqqında  ətraflı məlumat verərək,  layihədə iştirak etməkdən məmnun olduqlarını  söyləyiblər. "Qardaşlaşma sazişi"nin imzalanmasının ardından Yasamal məktəblilərinin nümayiş etdirdikləri bədii-musiqili proqram - rəqslər, səsləndirilən şeirlər iştirakçıları məmnun edib.

Tədbirdən sonra paytaxt gəzintisinə çıxan hər iki məktəbin kollektivi Dövlət Sirkində tamaşaya baxıblar.

Tədbirin ikinci günü Bilik Fondunda bilik yarışması keçirilib. Mükafatları qaliblərə Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev təqdim edib. Bakı məktəbliləri qalibiyyət kubokunu qardaşlaşmalarının təsdiqi kimi Astara məktəblilərinə hədiyyə ediblər. Məktəblilərin Bakıda görüşü Qala Açıq Diyarşünaslıq muzeyindəki ekskursiya ilə yekunlaşıb. Astaralılar bakılı yaşıdlarını təhsil aldıqları məktəbə dəvət ediblər. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov