Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Tələbələr veteranlarla görüşüblər

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.

ADİU-dan AzərTAc-a bildirilib ki, tədbiri giriş sözü ilə açan bu ali təhsil ocağının tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova tələbələrin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın birliyinə, gənc nəslin vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə yönəltməkdədir.

Respublika Veteranlar Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək son illərdə Silahlı Qüvvələrimizə inamın nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib. Hərbiçi peşəsinin özəlliklərindən danışan polkovnik bu şərəfli peşəyə ümummilli lider Heydər Əliyevin böyük dəyər verdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində gördüyü möhtəşəm işlərdən, dövlətin gənclər siyasətindən danışıb.

Tədbirdə ən müasir silahlarla təchiz edil

ən Silahlı Qüvvələrimizin qüdrətinin artması barədə məlumat verilib.

Sonda ADİU-nun 6 tələbəsi təhsildə əldə etdiyi uğura və universitetin ictimai işlərində fəallığına görə təşkilatın fəxri fərmanına layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov