Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Müəllim və tələbələrin foto sərgisi

 

 Noyabrın 11-də  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin, tələbələrinin iştirakı ilə  əsas korpusunun foyesində  Dövlət Bayrağı Günü ilə bağlı foto sərgi  təşkil edilib. "Bir kərə yüksələn Bayraq, bir daha enməz" adlı foto sərgidə əməkdar incəsənət xadimi Rövşən Quliyevin, kino və televiziya sənəti kafedrasının IV kurs "Operator ixtisası" üzrə  təhsil alan tələbələrinin işləri nümayiş olunub.

Daha sonra universitetin "Vernisaj" zalında elmi seminar keçirilib. Tələbələrin çıxış etdiyi - "Azərbaycan bayrağının günümüzdəki yeri", "Bayrağımız kimliyimiz, varlığımız", "Suverenliyimizə gedən yol", "Ad günün mübarək, şanlı bayrağım" mövzularında  bayrağımıza olan sevgi, hörmət, qəlbimizdə, həyatımızda olan dəyərli yeri əks olunub.   

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov