Ölkə başçısı İlham Əliyev noyabrın 17-də "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Monteneqronun
Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə" fərman
imzalayıb.
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı
Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri
adların verilməsi və bir qrup əməkdaşının isə "Tərəqqi"
medalı ilə təltif edilməsi haqqında sərəncamlar
imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 20-də "General Əlağa Şıxlinskinin 150 illik
yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də "Bakı şəhərinin Yasamal rayonunda 20
nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə
bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, məktəb üçün yeni binanın tikintisi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat
ayrılıb.
Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Gəncədə səfərdə olub.
Səfər çərşivəsində dövlət başçısı Gəncə şəhəri
ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni
qəsəbədə 50 yerlik uşaq bağçasında və Xocalı rayon
Kosalar kənd tam orta məktəbində olub.
Prezident İlham Əliyev noyabrın 17-də "Dini
tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli,
ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)"
mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz
Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
Dövlət başçısı İlham Əliyev noyabrın 14-də Azərbaycan
Rus İcması İctimai Birliyinin IV qurultayının, noyabrın
17-də isə "Dini tolerantlığın möhkəmləndirilməsi
(Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından
kənarda çağırışlar)" mövzusunda Bakıda keçirilən
beynəlxalq konfransın və Uşaqların Üçüncü Ümumrespublika
Forumunun iştirakçılarına təbrik məktubları və müraciət
ünvanlayıb.
Noyabrın 18-də İstanbulun "Çırağan" sarayında
"Bakı-2015" ilk Avropa oyunlarının təqdimatı keçirilib.
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
təqdimat mərasimində iştirak və çıxış edib. |