Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Sumqayıt Dövlət Universitetində debat layihəsinə start verilib

 

 Sumqayıt Dövlət Universitetində  ilk tələbələrarası debat layihəsinə start verilib. "Qladiator debatları" üzrə təlimlərə 60-a yaxın tələbə cəlb edilib.

SDU-da Ritorika Universal Klubu fəaliyyətə başlayıb. Klub hər həftə tələbələri maraqlandıran yeni mövzularla bağlı tədbir və seminarlar təşkil edir. Klubun növbəti yeni layihəsi "SDU I Qladiator Debatları Kolizeyi" layihəsinin tanıtım və ilk təlimləri olub.

Layihənin təlimçisi Həbib Heydərli tələbələrə debat nəzəriyyəsi, onun tətbiq sahələri, gənclərin debatda qazandıqları  bacarıqların artırılmasındakı rolu və əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri barədə məlumat verib.

Təlimlər bitdikdən sonra dekabr ayında tələbələrarası debat çempionatı təşkil olunacaq. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və s. keyfiyyətlərinin təkmilləşdirilməsinə və universitetdə tələbə fəallığının daha da artırılmasına xidmət edəcək. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov