Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Naxçıvan və Penza Dövlət Universitetləri onlayn şəkildə elmi konfrans keçirib

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş "Sevdim Azərbaycanı" adlı elmi-praktik konfrans keçirilib. Konfrans NDU-nun rus dili və ədəbiyyatı kafedrası ilə Penza Dövlət Universitetinin rus dili xarici dil kimi kafedraları arasında onlayn şəkildə keçirilməsi ilə yaddaqalan olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Penza Dövlət Universitetinin Beynəlxaq əlaqələr üzrə prorektoru, professor Yuriy Mazey belə konfransların virtual əməkdaşlığın inkişafı, xalqlar arasında elm və təhsil sahəsində tərəfdaşlığın, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynamasından danışıblar. Çıxışlarda  naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında Penza Dövlət Universitetində bir semestr ərzində təhsil almasından, müəllim və tələbə mübadiləsinin gələcək inkişafı istiqamətində görüləcək işlərdən danışılıb.

Naxçıvan Dövlət Universiteti televiziyasının hazırladığı M.Y.Lermontovun həyat və yaradıcılığından bəhs edən film-slayd maraqla izlənib.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, filologiya üzrə fəlsəfə  doktoru, dosent  Qurban Qurbanlı, Penza Dövlət Universitetinin rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vera Şmelkova şairin zəngin bədii irsi, klassik rus poeziyasındakı özünəməxsus yeri ilə bağlı ətraflı məlumat veriblər.

NDU-nun rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov "Lermontov və Azərbaycan" mövzusunun mübahisəli aspektləri, Penza Dövlət Universitetinin rus dili xarici dil kimi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Tamara Surkova "Lermontov ensiklopediyası şairin yaradıcılığının tədqiqinin unikal təcrübəsi kimi", həmin kafedranın baş müəllimi Tatyana Kolyujko "M.Y.Lermontov və Penza diyarı", NDU-nun xarici dil müəllimliyi (rus dili)  ixtisasının tələbələri Mehri Rəcəbova "Lermontov yaradıcılığında Azərbaycan", Heyran Babazadə "Azərbaycan şairlərinin Lermontova ithafı" mövzusunda məruzələr ediblər.

Konfransın sonunda hər iki universitetin tələbələrinin ifasında böyük rus şairinin şeirləri Azərbaycan, rus, türk, ərəb, Çin dillərində bədii qiraət olunub.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov