Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Ali təhsil müəssisəsində Milli Dirçəliş günü qeyd edildi

 

Noyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə institutun direktoru, dosent Afaq Qasımova açıq elan etdi. Daha sonra Dirçəliş Günü ilə bağlı videoslayd təqdim olundu. Bu günün tarixi əhəmiyyəti ilə bağlı iştirakçılara geniş məlumat verildi. Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən söz açıldı.  Daha sonra Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Cavid Cavadov, ibtidai sinif müəllimilyi ixtisasının I kurs tələbəsi Səfa Namazova, riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi, TGT sədri Sənəm Namazova çıxış etdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov