Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Milli Dirçəliş və Beynəlxalq tələbə günlərinə həsr olunmuş tədbir

 

Böyütmək üçün şəkili seçinNoyabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Gənclər Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Televiziyasının "Müasir Azərbaycan Gənci" verilişinin aparıcısının iştirakı ilə  Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzərək ümummilli liderə dərin ehtiramlarını bildiriblər.

Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov iştirakçıları rektor Elxan Hüseynovun adından təbrik edib.

Prorektor təhsil və savadlılıq məsələlərinə toxunaraq bildirib ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdə təhsil əsas prioritetlərdən birinə çevrilib. Yalnız təhsilli, savadlı  insanların həm ölkəsini, həm də özünü inkişaf etdirə bildiyini deyən N.Namazov bu səbəbdən də dövlətimizin gənclərin xaricdə təhsil almalarına böyük önəm verdiyini bildirib. Son dövrlər  universitetdə aparılan islahatlar nəticəsində dünyanın aparıcı təhsil ocaqları ilə əlaqələrin daha da genişləndiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, bu gün Azərbaycanda gənclərin liderlik bacarıqlarının inkişafı üçün hərtərəfli  şərait yaradılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, gənclər üçün intellektual klubların təsis olunması, gənclərin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi dövlətimizin gənclərə olan diqqəti və qayğısının parlaq nümunəsidir.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək universitetin professor-müəllim və  tələbə heyətini hər iki bayram münasibətilə təbrik edib. Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev də daxil olmaqla,  şuranın 13 üzvünə  Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının diplomlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev təmsil etdiyi təşkilat adından universitetin rəhbərliyinə və tədbirin təşkilatçılarına  təşəkkürünü bildirib.    

Bayram tədbiri universitetin "Səma" ansamblının və dəvət olunmuş ayrı-ayrı müğənnilərin maraqlı və rəngarəng çıxışları ilə  başa çatıb. 

Nazxanım CƏLİLLİ,
SDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov