Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Bərdədə yeni məktəblərin inşasına başlanılıb

 

Rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovdan  aldığımız məlumatda   bildirilir ki, 2014-cü il ərzində Nazırlı kəndində 220, Qazaxlar kəndində 180, şəhər 7 nömrəli məktəb üçün  360 şagird yerlik və rayon təhsil şöbəsinin inzibati binaları tikilib istifadəyə verilib. Türkmən kəndində 260 şagird yerlik məktəb binasının tikintisinə,  şəhər 2, 5 və 6 nömrəli tam orta məktəblərinin binasında isə əsaslı təmir işlərinə başlanılıb. Akademik Z.Əliyeva adına, şəhər 3, 8 nömrəli, Mirzəxan, Gərənə kənd tam orta məktəblərində əsaslı, Əyricə, Qarayusifli, Şorəlli, Xanağalı, Kürdborakı kənd tam orta və Böyük  Qəcər kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb.

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə noyabr-may ayları ərzində XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda "açıq dərs"lərin tədris olunmasına başlanılıb. Tədris ili ərzində müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilib təbliğ olunması, kurikulumla bağlı onların yeni təlim texnologiyalarından səmərəli iştifadə etməklə tədrisin yüksəldilməsinə  nəzarət, məktəblilərin bilik yarışında iştirakına, olimpiadaların rayon və respublika turuna hazırlıq işləri sahəsində əməli tədbirlərin görülməsi planlaşdırılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov