Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Bakı Dövlət Universitetinin tələbələrinin kimya şousu

 

Böyütmək üçün şəkili seçinBakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetdə kimya şousu keçirilib. Tədbirdə BDU THİK-in əməkdaşları və fakültə tələbələri iştirak ediblər.

BDU THİK sədri Daşqın Qənbərov dəqiq və təbiət elmlərinin öyrənilməsinin vacibliyini vurğulayaraq Bakı Dövlət Universitetində yaradılan imkanlardan söz açıb.  Qeyd olunub ki, "Azərbaycanda bütün elmlərin inkişafı üçün müxtəlif işlər görülür. Ölkəmizdə ilk dəfə keçirilən Elm festivalı bunun bariz nümunəsidir. Elm dedikdə daha çox fundamental təbiət elmlərini nəzərdə tuturuq. Ölkədə hər hansı texnoloji inkişaf və elmi tərəqqiyə nail olmaq üçün dəqiq və təbiət elmlərinə ehtiyac vardır. Bugünkü tədbirdə iştirak edən tələbələrimizə, gələcəyin alimlərinə Azərbaycan elminin inkişafının bir hissəsi olmağı arzu edirəm. BDU məzunlarının elmə verdiyi töhfələrin bundan sonra da davam etməsi məhz sizlərdən asılıdır", - deyə Daşqın Qənbərov çıxışında bildirib.

Sonra kimya fakültəsi üzrə THT-nın sədri Abdulla Hacıyev tələbələrə kimya şousu və fakültədə yaradılan şərait barədə məlumat verib.

Kimyanın tədrisi metodikası kafedrasının müdiri Eyyub Əzizov çıxış edərək tələbələrə uğurlar arzulayıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra tələbələrin kimya şousu başlayıb.

Kimya fakültəsinin III kurs tələbəsi digər tələbələrin iştirakı ilə müxtəlif reaksiyalar nümayiş etdirib.  

Rəşid MUSTAFAZADƏ,
BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov