Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Taekvondo üzrə "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyi başa çatıb

 

Quba Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyi başa çatıb.

Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaq və yeniyetmələr arasında keçirilən yarışda 2001-2003-cü və 2004-2005-ci il təvəllüdlü 148 taekvondoçu iştirak edib. Birincilikdə 9 təhsil müəssisəsinin və 8 idman klubunun komandası qələbə uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışda uşaq taekvondoçular arasında I yerə Quba, II yerə Sumqayıt, III yerə 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. Yeniyetmələr arasında isə I yeri "Azəri" Taekvondo Klubunun, II yeri Quba Uşaq-Gənclər İdman Məktəbinin, III yeri isə Sumqayıt 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub.

Qaliblər kubok, diplom və medallarla təltif edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov