Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Təhsil Nazirliyində əməkdaşlıq memorandumu imzalanıb

 

Böyütmək üçün seçinNoyabrın 26-da Təhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" haqqında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terje İngebretsen imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdən ibarətdir.

"Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" layihəsinin prioritet istiqamətləri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir. Layihə çərçivəsində həmçinin müvafiq qurumlar, ilk peşə-ixtisas Böyütmək üçün seçintəhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üzrə silsilə tədbirlər də həyata keçiriləcək.

Qeyd edək ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov