Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Daha böyük uğurlar qazanacağına inanır

 

Cəmilə Əsgərzadə 1999-cu  ildə Bakıda anadan olub. 2009-cu  ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V sinfinə, orkestr şöbəsinə daxil olub. Hazırda  X  sinif şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır.  Bir çox müsabiqə və festivalların laureatıdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ümummilli  lider  Heydər Əliyevin anadan olmasının 90 illiyi  münasibətilə keçirilən ümumtəhsil və orta ixtisas təhsili  müəssisələrinin  şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı adına və I dərəcəli diploma  layiq görülüb.  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "İstedadlı uşaqlar festivalı-2013" layihəsi çərçivəsində qazandığı uğurlara görə diplomla təltif olunub.  Həmin il  V.Spivakov Fondunun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalında  uğurlu  çıxışı olub. 2014-cü ildə isə festivalın yubiley konsertinə dəvət alaraq  ölkəmizi yüksək səviyyədə təmsil edib və Moskva Konservatoriyasının professoru  İ.Boçkovadan ustad dərsləri alıb.

2014-cü ildə Gürcüstanın  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən  "Gələcəyin ulduzları" adlı beynəlxalq layihədə Tbilisi Konservatoriyasının Grand Hall zalında uğurla çıxış edib. Gənc istedad 2014-cü ilin  aprelində isə Fransada keçirilən gənc ifaçıların  XXV "Flame" beynəlxalq  müsabiqəsində  iştirak edərək I yerə layiq görülüb. Yeniyetmənin  dəfələrlə  Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə  konsert proqramında çıxışları olub, diplom və fəxri fərmanlarla mükafatlandırılıb.

Daha böyük uğurlara imza atacağına söz verən  yeniyetmə skripkaçını  qarşıda  hələ çox müsabiqələr gözləyir, bu işdə ona  dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov