Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Sərbəst güləşçilərimiz Avropa Millətlər Kubokunun gümüş medalını qazanıblar

 

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçirilib. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edib.

Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıb. Komandamız finalda Rusiya güləşçiləri ilə qarşılaşıb. Sərbəst güləşçilərimiz turniri ikinci sırada tamamlayıb və Avropa Millətlər Kubokunun gümüş medalına sahib olub.

Yunan-Roma güləşçilərimiz isə Rusiya və Bolqarıstanla eyni yarımqrupda qüvvələrini sınayıb. Bolqarıstanla gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha keyfiyyətli fəndlərə və xal hesabına görə qələbə yığmamıza verilib. Komandamız qrupda növbəti görüşünü Rusiya yığmasına qarşı keçirib. Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparıb. Yunan-Roma güləşçilərimiz öz yarımqrupunu ikinci sırada tamamlayıb. Bu nəticə ilə  yığmamız Macarıstan güləşçiləri ilə görüşüb. 6:2 hesablı qələbə ilə yığmamız Avropa Millətlər Kubokunu üçüncü sırada tamamlayıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov