Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

"Microsoft", "CİSCO" və "İntel" korporasiyalarının nümayəndələri ilə görüş

 

 Təhsil naziri Mikayıl Cabbarov "Microsoft", "CİSCO" və "İntel" korporasiyalarının nümayəndələri ilə görüşüb. Görüşlərdə təhsil sistemində multimedia vasitələrinin tətbiqinin genişləndirilməsi və təhsilin müxtəlif pillələri üzrə əlaqələrin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, tədris prosesində İKT-dən istifadənin səmərəliliyinin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, təhsilin müxtəlif istiqamətləri üzrə "Microsoft", "CİSCO" və "İntel" korporasiyaları ilə birgə layihələrin reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması imkanlarını artıracaq. Müasir dövrün tələblərinə uyğun olaraq, tədris prosesində elektron tədris resursları və internet texnologiyalarının imkanlarından bəhrələnməyin əhəmiyyəti barədə fikirlər səsləndirilib, gələcək əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov