Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

"ADA" Universitetində bir qrup tələbə ilə görüş keçirilib

 

Böyütmək üçün seçinTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü çərçivəsində "ADA" Universitetində bu ali təhsil ocağının və SABAH layihəsi çərçivəsində digər ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digər qonaqlar iştirak ediblər.

Qonaqları "ADA" Universitetinin yerli və əcnəbi tələbələri, professor-müəllim və inzibati heyəti qarşılayıb.

"ADA" Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin yaradılması, əldə edilmiş nailiyyətlər və gələcək planlara dair məlumat verib.

Tədbirdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü, onun əhəmiyyəti və qəbul olunan qərarların vacibliyi barədə fikirlər açıqlanıb.

Görüşdə tələbələrin türkdilli dövlətlərlə mümkün mübadilə və təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov