Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Universitetdə beynəlxalq elmi konfrans

 

Böyütmək üçün seçinNoyabrın 29-da  Odlar Yurdu Universitetinin böyük akt zalında "Seyid Mir Həmzə Nigari və yeni dövr Azərbaycan ədəbiyyatında fəlsəfi-sufi poeziya" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Professor-müəllim heyəti və  tələbələrin iştirak etdiyi  konfransı giriş sözü ilə Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin deputatı, professor  Əhməd Vəliyev açaraq  Seyid Mir Həmzə Nigarinin  həyat və yaradıcılığı haqqında geniş məruzə edib.

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, professor Nizami Cəfərov, xalq şairi Nəriman  Həsənzadə, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik  İsaqov, Azərbaycanda Seyid Nigari tədqiqatçısı və onun divanının tərtibçisi, dosent Nəzakət Məmmədli, dosent R.İlyasov Seyid Nigarinin  ədəbiyyat tarixində yeri və rolu, onun yaradıcılığının səciyyəvi cəhətləri haqqında danışıblar.

Çıxışlardan sonra konfrans universitetin filologiya ixtisasının tələbələrinin hazırladığı bədii hissə ilə davam etdirilib. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov