Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Rektorun iştirakı ilə "açıq dərs

 

Gəncə Dövlət Universitetində Yeni laboratoriyanın açılışı olub 

Böyütmək üçün seçin Noyabrın 28-də Gəncə Dövlət Universitetinin kimya kafedrasında üzvi və bioloji kimya laboratoriyasının açılış mərasimi olub. Mərasimdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  ali təhsil müəssisəsində görülən işlər və əldə olunan uğurlardan danışıb. Bildirib ki, universitetin korpusları əsaslı təmir olunub, texniki baza müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib, bütün korpuslarda "ağıllı lövhə"lər quraşdırılıb, daxili şəbəkə yenidən qurularaq yüksək sürətli internetlə (15 Mb) təmin olunub. Rektor qeyd edib ki, biz bundan sonra da universitetin müasir texnologiyalarla təchizatına, tədrisin keyfiyyətinin yüksəldilməsinə səy göstərəcək, təhsillə bağlı dövlət siyasətinin həyata keçirilməsinə çalışacaq və  möhtərəm Prezidentimizin qayğısına öz əməli işimizlə cavab verəcəyik.

Yeni laboratoriya həm kafedranın əməkdaşlarına, həm də tələbələrə və magistrlərə gözəl hədiyyə olub. Bu laboratoriyada  fənlər əyani vəsaitlərdən istifadə edilməklə tədris olunacaq və tədqiqat işləri aparılacaq. Geniş texniki imkana malik olan laboratoriyada üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkündür.

 

 


Rektorun iştirakı ilə "açıq dərs"  

Böyütmək üçün seçinGəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsində botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Novruzovun  biologiya müəllimliyi və biologiya ixtisasının II kursunda "Taxıllar fəsiləsi" mövzusunda "açıq dərs"i keçirilib. "Açıq dərs"də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov,  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi, akademiyanın həqiqi üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin kimya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Nazim Yusifov, Azərbaycan Texnologiya Universitetinin iaşə məhsullarının texnologiyası və turizm kafedrasının müdiri, biologiya elmləri doktoru Əhəd Nəbiyev, Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı, orta məktəblərdən ixtisas müəllimləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rektor Yusif Yusibov qonaqları və tələbələri salamlayaraq son vaxtlar universitetdə görülən işlərdən, tələbələr üçün yaradılan şəraitdən, təhsil və təchizat sahəsindəki uğurlardan bəhs edbi. Professor Yusif Yusibov eyni zamanda Prezident İlham Əliyevin xüsusi qayğısı və dəstəyi ilə  respublikamızda təhsillin inkişafı, yeni məktəb binalarının tikintisi, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması istiqamətində görülən işləri də  xüsusi qeyd edib. Bildirib ki, Gəncə Dövlət Universiteti də bu siyasəti davamlı şəkildə həyata keçirən təhsil ocaqlarından biridir. Universitet yüksək texnologiyanın vasitəsilə təhsildə daha ciddi uğurlar qazanmaq üçün yeni-yeni layihələr hazırlayır, onları reallaşdırır. Bu layihələrdən biri də şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "açıq dərs"lərin təşkilidir.

Professor Vaqif Novruzovun "ağıllı lövhə" vasitəsilə keçdiyi "açıq dərs" nəinki tələbələrin, həm də iştirakçıların marağına səbəb olub. 

Akademik Fuad Əliyev belə bir maraqlı dərsi dinləmək üçün dəvət edildiyinə görə öz təşəkkürünü bildirib. 

 Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov