Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş "açıq dərs"

 

Böyütmək üçün seçin Dekabrın 1-də  Bakıdakı 5 nömrəli  tam orta məktəbdə  1 dekabr -Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir   keçirilib. Tədbirdə  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Nəsimi Rayon  Cənclər və İdman   İdarəsinin, "Aids"lə  Mübarizə  İctimai Birliyinin , Qafqaz Universitetinin və Bakı Rabitə Kollecinin nümayəndələri iştirak ediblər.

Tədbirə başlamazdan əvvəl qonaqlar məktəbin foyesində "Gigiyenik ləvazimatlar", bir dəfəlik  istifadə  üçün nəzərdə tutulan tibbi avadanlıqlar, "Dezinfeksiyaedici maddələr", "Biz narkomaniyaya yox deyirik!" və "Stop! AİDS" başlıqları altında sərgiyə baxıblar.

Sonra Qafqaz Universitetinin müəllimi  Ayaz Abbasovun, Rabitə Kollecinin müəllimi Teymur Fərhadovun, eləcə də məktəbin biologiya  müəllimlərindən Vəfa Kərimova və Könül Rzayevanın əməkdaşlıq  çərçivəsində reproduktiv sağlamlıqla bağlı  III, VI, X  və XI siniflərdə "açıq dərs"ləri olub. "Açıq dərs"lərdə  iştirak edən qonaqlar   Ümumdünya QİÇS-lə  Mübarizə Gününə   həsr olunmuş   maarifləndirici dərslərdən  çox razı qaldıqlarını bildiriblər.

Daha sonra məktəbin akt zalında  yuxarı sinif şagirdlərinin, Rabitə Kolleci və Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə  elmi-praktik konfrans keçirilib. Konfransı  giriş sözü  ilə  açan  məktəbin direktou  Nərminə Gündüzlü  tədbirin  tərbiyəvi əhəmiyyətindən     danışıb.

Respublika QİÇS-lə Mübarizə  Mərkəzinin həkimi Ziyad Nəsibov QİÇS və onun törədə biləcəyi fəsadlar haqqında məlumat verib. Konfransda Nəsimi Rayon Gənclər  və İdman İdarəsinin rəis müavini Şahmar  Tağıyev, "Aids"lə Mübarizə İctimai  Birliyinin əməkdaşı Ehtiram Paşayev, Rabitə Kollecinin I kurs tələbəsi Qızılgül Zeynalova, Qafqaz Universitetinin  II  kurs tələbəsi  Elnarə İsgəndərli  və başqaları  çıxışlarında gəncləri QİÇS-lə mübarizəyə çağırıblar. Tədbirdə Ümumdünya QİÇS-lə Mübarizə Gününə aid müxtəlif slaydlar və videoçarx nümayiş etdirilib.

Konfrans şagirdlərdən ibarət rəqs qrupunun  rəqsi və "Biz bir dünyayıq" mahnısı ilə başa çatıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov