Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Fakültələrarası intellektual oyun

 

Noyabr ayının 29 və 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fakültələrarası "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Oyun universitetin İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.  Oyunda rejissor sənəti, aktyor sənəti, sənətşünaslıq, kulturologiya, musiqi sənəti və rəssamlıq sənəti fakültələrinin Azərbaycan və rus bölmə tələbələrinin komandaları mübarizə aparıb.  60 sual səslənən oyun 4 raunddan ibarət olub. Oyunda Azərbaycan bölməsi üzrə I yeri rejissor sənəti, II yeri aktyor sənəti, III yeri isə sənətşünaslıq fakültələri qazanıb. Rus bölməsində isə I yeri kulturologiya, II yeri rəssamlıq, III yeri isə rejissorluq fakültələri tutub.  Professor-müəllim və tələbələrin də azarkeşlik etdiyi oyunun münsiflər heyəti professor Gülşən Əliyeva-Kəngərli, aktyor sənəti fakültəsinin müəllimi Əsəd Rzayev  və universitet Həmkarlar İttifaqı Təşkilatının sədri Səyavuş Məhişov olub. Yüksək səviyyədə təşkil olunan "Nə? Harada? Nə zaman?" oyununun qalibləri diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, qalib komandalar "Xəzər"  İntellektual Gənclər Klubu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının lisenziyası əsasında 20 dekabr 2014-cü ildə Tələbələrarası Universiadanın seçim turunda iştirak edəcəklər.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov