Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Azərbaycan Müəllimlər İnstitutunda anım günü

 

Dekabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanışlıqdan sonra ümummilli liderin büstü önünə əklil qoyulub.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək vurğulayıb ki, tarix boyu Azərbaycan dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar, siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu öndərimizin adı ilə bağlıdır.

Qeyd edildi ki, ulu öndərimizin uzaqgörənliklə yaratdığı inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Ölkəmizdəki bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində aparılır.

Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, AMİ-nin Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri Mircəfər Həsənov və  291 nömrəli Ekologiya liseyinin direktor müavini, qabaqcıl təhsil işçisi Zeynəb Qasımova çıxış edərək ümummilli liderin  xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin yenicə müstəqillik əldə etmiş Azərbaycanı bir dövlət kimi dağılmaqdan qoruduğunu söyləyiblər. Ulu öndər dünyada gedən prosesləri və müasir dövrün tələblərini nəzərə alaraq cəmiyyətin, dövlətin və ictimai münasibətlərin demokratikləşdirilməsi problemlərinə xüsusi əhəmiyyət vermişdir.

Sonda 193 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Murad Əliyev və 291 nömrəli Ekologiya liseyinin 8-ci sinif şagirdi Arzu Zeynallı tərəfindən səsləndirilmiş ulu öndərə həsr olunmuş şeirlər tədbirdə iştirak edən professor-müəllim heyəti və tələbələr, rayon rəhbərliyinin nümayəndələri tərəfindən maraqla dinlənilib.

Qeyd edək ki, dekabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bütün dərslərin bir hissəsi ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov