Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

"Müdriksən, ucasan, əbədisən qəlbimizdə"

 

Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksində  ulu öndər Heydər Əliyevə həsr olunmuş "Müdriksən, ucasan, əbədisən qəlbimizdə" adlı anım mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları  ulu öndərimizin zəngin həyat yolundan və fəaliyyətindən ayrı-ayrı fraqmentlər, xarici səfərlərindən məqamları əks etdirən fotoşəkillərindən ibarət stendlərin, digər eksponatların sərgisi ilə tanış olublar. Şagirdlərin ifasında Dövlət himni səsləndirilib. Dövlət bayrağı səhnəyə gətirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə liseyin  direktoru Qafar Hüseynov  açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz işlər haqqında danışıb.  Bildirib ki, tarixi şəxsiyyətlər nəsillərin yaddaşında yaratdıqları və həyatda qoyub getdikləri izlərlə əbədiləşir. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Meydan istedadlı şagirdlərə verilib. Şagirdlər qısa və maraqlı çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Onlar ulu öndəri çox sevdiklərini və ömür boyu bu sevginin tükənməyəcəyini bildiriblər. Şagirdlər ümummilli liderə həsr olunan mahnılar və şeirlər söyləyiblər.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatıb. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov