Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Diqqət! Yeni rubrika

 

DÜZ HƏDƏFƏ 

Məktəb ərazisində aparılan qanunsuz tikintinin qarşısı alındı 

Hörmətli oxucular. Qəzetimizin bu sayından başlayaraq "Düz hədəfə" adlı yeni rubrika altında təhsil sistemində baş verən neqativ hallar, məktəblərdə olan mövcud problemlər, valideyn, müəllim, şagird və tələbələrin haqlı şikayətləri və digər bu kimi məsələlərlə bağlı yazıların dərc olunması nəzərdə tutulur. İlk hədəfimiz Bakı şəhəri 115 nömrəli məktəbin ərazisini qanunsuz zəbt edənlərdir. Qəzetimizi izləyin. 

Paytaxtın Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri "Paradise" klubun işçiləri  tərəfindən aparılıb.

Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb.

Qeyd edək ki, Prezident  İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov