Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Məktəbdə "Açıq qapı" günü keçirilib

 

Bakıdakı 228  nömrəli tam orta məktəbdə  "Açıq qapı" günü keçirilib. Məktəbin  pedaqoji  kollektivi və inzibati heyəti tərəfindən valideynlərin təklifləri dinlənilib, məktəbdə son vaxtlar  baş verən dəyişikliklər barədə onlara məlumat verilib.

"Açıq qapı" günündə məktəbdə  müxtəlif layihə və müraciətlərə baxılıb. Valideynlər dərslərdə iştirak etməyi, dərs prosesini izləməyi, məktəblilər üçün  müxtəlif ekskursiyaların təşkil olunması barədə məktəb rəhbərliyinə müraciət ediblər.

Məktəbin direktoru Azər Ələkbərov bütün müraciətlərə baxılacağını, ənənəyə sadiq qalaraq hər ayın son cümə günü "Açıq qapı" günü təşkil edilərək valideynlərin  təklif və iradlarının dinləniləcəyini vurğulayıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov