Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Breyn-rinqin dördüncü finalçısı məlum olub

 

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrın 14-də keçiriləcək. Ötən həftəyədək finalda oynayacaq 4 komandadan 3-nün adı məlum idi. Bunlar sentyabr ayının qalibi "Kapital bank", oktyabr ayının qalibi "Nar Mobile" və noyabr ayının birincisi "Romantik" komandalarıdır. 4-cü finalçı isə dekabrın 7-də keçirilən xüsusi seçim oyununda müəyyən olunub.

"Baku Crustal Hall"da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda finala sonuncu - 4-cü vəsiqə uğrunda 8 komanda mübarizə aparıb. Bu komandaların 7-si əvvəlki oyunlarda yüksək hazırlıq nümayiş etdirən, sentyabr, oktyabr, noyabr ayları üzrə birinciliklərin finalına çıxmış komandalar, 1-i isə həmin gün keçirilən şans oyununun qalibi olub.

İlk görüş şans oyununun qalibi "Fortuna" komandası ilə "Ağdaş" komandası arasında keçirilib. 0:3 nəticəsi ilə başa çatan görüşdə "Ağdaş" qalib olub. İkinci görüşdə "Ağdaş" özünə rəqib kimi "Allians" komandasını seçib və ona da 4:0 hesabı ilə qalib gəlib.

Üçüncü görüşdə "Ağdaş" "Aypara" ilə qarşılaşıb. "Aypara" rəqibinin qələbə seriyasına son qoyub: 1:3.

Dördüncü görüşdə "Aypara" "NORM Sement" komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Beşinci görüşdə onların seçimi ilə masa arxasında "Sumqayıt" komandasının üzvləri əyləşiblər. Bu dəfə sumqayıtlılar üstün (3:1) gəliblər.

Altıncı görüşdə "Sumqayıt" komandası "Bakı Ali Neft Məktəbi" komandası ilə  yarışıb. Qeyd edək ki, bu komandalar əvvəlki oyunların birində də qarşılaşıb və tələbələr qalib gəliblər. Bu görüşdə isə "Sumqayıt" komandası məğlubiyyətinin əvəzini çıxıb 3:1.

Növbəti - yeddinci görüşdə "Sumqayıt" "Azərbaycan klubu" komandası ilə oynayıb. Oyun sonuncunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Azərbaycan klubu" komandası böyük finala vəsiqə alıb. Breyn-rinqə, deyildiyi kimi, dekabrın 14-də final oyunu ilə yekun vurulacaq. Qalib komandanı "Bilik kuboku" və digər mükafatlar gözləyir. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov