Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

ADMİU-da  növbəti "Ustad dərsləri"

 

Böyütmək üçün seçinADMİU-da sentyabr ayından mütəmadi olaraq keçirilən "Ustad dərsləri" layihəsi davam edir. Növbəti dərsi 25 ildir ki, Türkiyədə yaşayıb, fəaliyyət  göstərən, Azərbaycan milli xalq çalğı aləti olan balabanı dünyaya tanıdan, virtuoz ifaçı Əlixan Səmədov  verib.  Elə dərsinin əvvəlindən "Bildiklərimi öyrətməyə, bilmədiyim sirləri isə öyrənməyə gəlmişəm" deyən musiqiçi ilə görüş qarşılıqlı fikir mübadiləsi, təcrübə bölüşməsi  ilə davam edib. Tələbələrin maraqla dinlədiyi dərsdə universitetin və Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, tanınmış balaban ifaçıları, əməkdar artistlər  Şirzad Fətəliyev, İlham Nəcəfov və onların tələbələri də iştirak edirdi.

Görüşdə Əlixan Səmədov balaban alətinin strukturu, incəlikləri, ifa texnikası haqda geniş danışaraq bütün bunlara nəzəri və praktiki şəkildə aydınlıq gətirib. 

***

ADMİU-da "Ustad dərsləri" layihəsi çərçivəsində Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi, bir çox tanınmış  beynəlxalq  layihələrin qrim ustası olan Anuka Murvanidze  4 gün ərzində nəzəri və praktiki məşğələlər keçib. 22 il bu sahədə çalışan Anuka Murvanidze tələbələrə qrim sənətinin tarixi, kino, teatr, səhnə, şou və televiziya üçün qrim və vizaj, kosmetik vasitələr və onlardan düzgün istifadə haqqında geniş məlumat verib. Məşğələlərdə universitetin rəssamlıq fakültəsinin IV kurs tələbələri və eləcə də Rus Dram Teatrının,  Gənc Tamaşaçılar və  Musiqili Komediya teatrının qrim mütəxəssisləri də iştirak ediblər. Praktiki məşğələlərdə tələbələr səhnə vizajı, üzdə yaşlı adam effektinin, teatr obrazlarının yaradılması texnikasını öyrənərək öz üzərlərində tətbiq ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov