Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

"Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları"nın təsdiq olunması barəd
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan məktəblilərinin 47-ci Beynəlxalq Kimya Olimpiadasında uğurlu çıxışının təmin edilməsi üçün milli komandada təmsil olunacaq namizədlərin seçilməsini mütəşəkkil qaydada aparmaq məqsədi ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları"təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları bu Qaydalardan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.

3. İqtisadiyyat şöbəsi (R.Orucov) seçim turlarının keçirilməsi ilə əlaqədar və digər xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.

4. Təşkilat Komitəsinin fəaliyyətinin və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin müşaviri H.Əliyevə həvalə edilsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 dekabr 2014-cü il


 Əlavə:

Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov