Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

"Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etsin.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu "Qaydalar"dan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.

4. İqtisadiyyat şöbəsi (R.Orucov) fənn olimpiadaların təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
12 dekabr 2014-cü il


Əlavə: 

Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov