Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

"Bilik kuboku"nu "Romantik" komandası aldı

 

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda üç ay yarım davam edən breyn-rinq intellektual yarışı başa çatıb.

Dekabrın 14-də yarışmanın final oyunu keçirilib. "Baku Crystal Hall"da  baş tutan və AzTV kanalı ilə yayımlanan oyunda iki seçim və iki final görüşü olub. Bütün görüşlər rəqiblərdən biri 5 xal toplayana qədər davam edib. İlk seçim görüşündə sentyabr ayının qalibi "Kapital bank" komandası ilə oktyabr ayının qalibi "Nar Mobile" komandası qarşılaşıblar. Maraqlı və gərgin keçən mübarizədə "Nar Mobile" kiçik üstünlüklə (5:4) qalib gəlib. Sonra "Nar Mobile" komandası öz seçiminə əsasən "Azərbaycan klubu" ilə oynayıb və parlaq qələbə qazanıb: 5:0.

Final görüşlərində "Nar Mobile"  və "Romantik" qüvvələrini sınayıblar. "Romantik" komandası hər iki görüşü (5:2 və 7:3) udaraq ikinci mövsümün qalibi və "Bilik kuboku"nun sahibi olub. Qalib komandaya  habelə oyunların sponsoru "Kapital bank"ın hesabında 3 min AZN olan plastik kartı, Təhsil Nazirliyinin elektron kitab oxuyucusu təqdim edilib.

Xatırladaq ki, dekabrın 21-də 2014-cü ilin qalibini müəyyənləşdirmək üçün birinci mövsümün qalibi "Kapital bank"la ikinci mövsümün qalibi "Romantik" komandası arasında daha bir oyun keçiriləcək.

Bu görüşdə üstün gələn komanda 2014-cü ilin qalibi olacaq. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov